YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Beyləqan rayon təşkilatının X konfransı keçirilib

Mayın 5-də YAP Beyləqan rayon təşkilatının X konfransı keçirilib.

Konfransda 64 ərazi ilk partiya təşkilatından seçilmiş 471 nəfər konfrans nümayəndəsi və 31 nəfər dəvət olunmuş qonaq iştirak etdi.

Konfransın işində YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Milli Məclisin deputatı  Şahin İsmayılov iştirak etdilər.

Konfransda YAP Beyləqan rayon təşkilatının sədri Rəfail Pəsiyev hesabat məruzəsi ilə çixiş etdi.  Nəzarət - təftiş qrupunun hesabatı dinlənildikdən sonra rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyəti ilə bağlı çıxışlar edildi.  Müzakirələrdə iştirak edən YAP Beyləqan rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyətini qənaətbəxş hesab etdiklərini nəzərə çatdırdılar.

Konfransda daha sonra təşkilati məsələlərə baxıldı. Rəfail Pəsiyev yenidən YAP Beyləqan rayon təşkilatının sədri seçildi.

Konfrans nümayəndələri rayon təşkilatının 31 nəfərdən ibarət Şura, 13 nəfər tərkibdə İdarə heyəti və  5 nəfərdən ibarət nəzarət-təftiş qrupunu seçdi.

DİGƏR Partiya xəbərləri Arxiv