YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malik Həsənov: Yeni iqtisadi kurs postneft dövründə ölkəmizin uğurlu inkişafını təmin edəcək

«Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi islahatların yeni mərhələsinə başlanılıb. Bu məqsədlə dövlət başçısı bir sıra mühüm Fərman və sərəncamlar imzalayıb, Milli Məclis müvafiq qanunvericilik aktları qəbul edib. Müvafiq dövlət qurumları qarşıya qoyulan hədəflərə çatmaq üçün uğurla fəaliyyət göstərir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Malik Həsənov deyib.

M.Həsənov bildirib ki, ümumiyyətlə, yeni şəraitdə ölkənin iqtisadi inkişafının ardıcıllığını təmin etmək məqsədilə həyata keçirilən islahatların dairəsi kifayət qədər genişdir. Onun sözlərinə görə, islahatlara bütün səviyyələrdə güclü dəstək nümayiş etdirilməsi, əldə olunan ilk nəticələr onu deməyə əsas verir ki, başlanan yeni iqtisadi kurs postneft dövründə ölkəmizin uğurlu inkişafını təmin edəcək.

«Prezident İlham Əliyevin vurğuladığı kimi, iqtisadiyyat dayanıqlı şəkildə inkişaf edəcək, qeyri-neft sektorumuz inkişaf edəcək. Təbii ki, həyata keçirilən bütün bu tədbirlərin əsasında Heydər Əliyev siyasəti dayanır. Çünki Ümummilli lider Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasının müəllifidir. Məhz bu siyasət nəticəsində ölkəmizin yeni-yeni uğurlar qazanacağı şübhəsizdir»- deyə, M.Həsənov vurğulayıb.