YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının gənc üzvləri Heydər Əliyev adına neft emalı zavodunda olublar

Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) və partiyanın Nizami rayon təşkilatının təşəbbüsü ilə bir qrup gənc Heydər Əliyev adına neft emalı zavoduna səfər edib.

Gənclər əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, dahi rəhbərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Müəssisə ilə tanışlıq zamanı gənclərə məlumat verilib ki, Heydər Əliyev adına neft emalı zavodu 1953-cü ildə fəaliyyətə başlayıb. Zavod ilk günlərdən Azərbaycanda yanacaq istehsalı sahəsində ən iri və qabaqcıl müəssisəyə çevrilib. Burada neftin ilkin emalı üzrə ED-AV-6, katalitik riforminq, tədrici kokslaşma və katalitik krekinq qurğuları kimi yüksək texnoloji avadanlıq fəaliyyət göstərir. Diqqətə çatdırılıb ki, 1993-cü ildə istifadəyə verilmiş avtobenzinlərin yüksək oktanlı komponentlərinin istehsalı üzrə katalitik krekinq qurğusu 1980-ci ildə istismara verilən katalitik riforminq qurğusu ilə yanaşı, keyfiyyətli avtobenzin və dizel yanacağı istehsal etməyə imkan verib.

Bildirilib ki, 2004-cü il aprelin 22-də Azərbaycanın neft emalı sənayesinin flaqmanı olan "Azərneftyanacaq” neft emalı zavodunun 50 illik yubileyi münasibətilə və istehsal fəaliyyətində nail olduğu göstəricilər nəzərə alınaraq, bu müəssisəyə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı verilib.

Zavodla tanışlıqdan sonra gənclərlə görüş keçirilib.

Sonda bir qrup gəncə fəxri fərman və sertifikatlar təqdim edilib.

DİGƏR Partiya xəbərləri Arxiv