YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının VIII konfransı keçirilib

Mayın 3-də Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının VIII konfransı keçirilib.

Konfrans iştirakçıları əvvəlcə şəhərin baş meydanında Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə tər gül-çiçək dəstələri düzüblər. Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, hal-hazırda partiya üzvlərinin sayı 5022 nəfərdir. Təşkilatda gənclərin sayı 2280, qadınların sayı 2478 nəfərdir.

Konfransda daha sonra nəzarət- təftiş qrupunun hesabatı dinlənilmişdir.  Hesabat məruzəsi ətrafında çıxış edən partiya üzvləri rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyətini qənaətbəxş hesab etmişlər.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, MM-in komitə sədri Eldar İbrahimov konfransda çıxış etmişdir.

Konfransda daha sonra təşkilati məsələlər müzakirə edilmişdir. Mehdi Balabəyov yenidən  Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri seçilmişdir.

Konfransda həmçinin,  Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının 31 nəfər tərkibdə Şurası, 15 nəfərdən ibarət  İdarə Heyəti və 7 nəfər tərkibdə nəzarət- təftiş qrupu seçilmişdir.

DİGƏR Partiya xəbərləri Arxiv