YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Nizami rayon təşkilatı ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə və IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədilə “Həmrəyliyimiz birliyimizdir” devizi ilə silsilə tədbirlərə yekun vurub

YAP Nizami rayon təşkilatı ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə və IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədilə “Həmrəyliyimiz birliyimizdir” devizi ilə silsilə tədbirlərə yekun vurub.

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə və IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədilə Nizami rayonunda keçirilən silsilə tədbirlərə yekun vurulub. Bu baxımdan “Həmrəyliyimiz birliyimizdir” mövzusunda ümumrayon tədbiri keçirilib.

Dövlət himninin səslənməsindən sonra iştirakçılar ümummilli lider Heydər Əliyevin və şəhid olmuş igid əsgərlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra çıxış edən Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov deyib ki, ümummilli lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər Azərbaycanı inkişaf yoluna çıxarıb. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var. Müstəqil dövlət ideyası Azərbaycanın yeni tarixində məhz Heydər Əliyevin adı, şəxsiyyəti ilə bağlıdır. Ulu Öndərin siyasi arenada rəhbərliyə gəlməsi bütün maneələri dəf edərək müstəqil düşüncəyə yol açdı. Onun həyat və fəaliyyəti tarix üçün bir nümunədir. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına böyük zəhməti hesabına ərsəyə gətirdiyi ən böyük əsərini - müstəqil, demokratik Azərbaycanı miras qoyub getdi, dövlətimizi öz şəxsi nüfuzu və əməli fəaliyyəti ilə dünyada tanıtdı.

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, çoxşaxəli ictimai-siyasi fəaliyyətindən danışıb. Bildirib ki, ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutub. Ümummilli Lider Azərbaycan dövlətinin, xalqının mənafeyi və bütövlüyü uğrunda, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün fədakarlıqla çalışıb.

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi də dahi rəhbər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda vətəndaş müharibəsinin qarşısı alındı, respublikanın parçalanması təhlükəsi aradan qalxdı, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı. Elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıldı, məqsədyönlü siyasət nəticəsində Azərbaycanın iqtisadi inkişafının mahiyyətcə yeni mərhələsinin təməli qoyuldu. Həmçinin başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiya formalaşdı.

Çıxışlardan sonra ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə və IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədilə keçirilmiş futbol, voleybol, breyn-rinq, şahmat, güllə atıcılığı, stolüstü tennis, rəsm, inşa, bədii qiraət müsabiqə və yarışları üzrə qaliblərin mükafatlandırılması mərasimi olub. Birinci yerin qaliblərinə kuboklar, medallar və diplomlar təqdim edilib.

Daha sonra bir qrup gənc YAP Nizami rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə fəxri fərman və diplomlar ilə təltif ediliblər. Eyni zamanda, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının nəzdində fəaliyyət göstərən “Heydər Əliyev Məktəbi”nin məzunlarına sertifikatlar təqdim edilib, yeni partiyaya qəbul edilmiş gənclərə vəsiqələr verilib.

DİGƏR Partiya xəbərləri Arxiv