YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qulam İshaqzai: Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında Azərbaycan hökumətinin gördüyü işlər təqdirəlayiqdir

Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında Azərbaycan hökumətinin gördüyü işlər təqdirəlayiqdir.

Bu sözləri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai bildirib.

O deyib ki, BMT dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində QHT-lərin rolunu çox vacib hesab edir. Bu gün keçirilən müzakirələr də bu istiqamətdə irəliyə doğru atılan bir addım hesab edilə bilər. Dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi və lazımi şəkildə izah edilməsində Azərbaycanın QHT-ləri çox yaxından iştirak edirlər.

Qulam İshaqzai qeyd edib ki, dayanıqlı inkişaf məqsədləri hələ danışıqlar mərhələsində olduğu zaman Azərbaycan QHT-ləri bu prosesdə fəal iştirak ediblər. Onlar nəzərdə tutulan işlərin həyata keçirilməsində də yaxından iştirak etməlidirlər və biz də öz növbəmizdə onlara dəstəyimizi göstərməliyik.