YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar “Gücümüz həmrəylikdədir” mövzusunda konfrans keçirilir

Mayın 1-də Bakıda IV Islam Həmrəyliyi Oyunları ilə əlaqədar “Gücümüz həmrəylikdədir” mövzusunda konfrans keçirilir.

Konfrans iştirakçıları əvvəlcə İslam Həmrəyliyi Oyunlarından bəhs edən sərgi ilə tanış olublar.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov tədbirdə çıxış edərək Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb. Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını diqqətə çatdıran nazir müavini milli komandamızın “Bakı-2017”də uğurla çıxış edəcəyinə əminliyini ifadə edib.

Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunan 2017-ci ildə ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsini tarixi hadisə kimi qiymətləndirib. Arenaların bu mötəbər yarışa tam hazır olduğunu bildirən nazir deyib: “57 ölkədən 3 mindən çox idmançı idmanın 20 növü üzrə birincilik uğrunda mübarizə aparacaq. Oyunların təşkilində birlik, sülh, hörmət və mükəmməllik 4 əsas dəyər olaraq qəbul edilir. Artıq mayın 1-dən idmançıların və nümayəndə heyətlərinin Atletlər Kəndində yerləşdirilməsinə başlanılıb”.

Sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə “İslam Həmrəyliyi Oyunları: Mədəniyyət və inkişaf üçün körpü” mövzusunda məruzə ilə çıxış edib.

Milli Məclisin deputatı, parlamentin gənclər və idman komitəsinin üzvü Rauf Əliyev “Qlobal idman tədbirlərinin regionlarda təzahürü”, Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov “Beynəlxalq idman oyunlarının inteqrasiyalı cəmiyyətin formalaşmasında rolu” və digərləri məruzələrlə çıxış ediblər.

DİGƏR Xəbərlər Arxiv