YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Şamaxı rayon təşkilatının VIII konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının VIII konfransı keçirilib.

Konfransdan öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyulub. 

Konfransı giriş sözü ilə ilə YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov açaraq, hesabat məruzəsi ilə çıxış edib. O, ötən konfransdan bu günə qədər rayon təşkilatının fəaliyyəti, həyata keçirdiyi tədbirlər, YAP fəallarının rayonun ictimai-siyasi həyatındakı iştirakı, təşkilata üzv olanların sıralarının genişlənməsi, respublika əhəmiyyətli tədbirlərə verilən dəstək və digər mövzularla bağlı geniş məlumat verib. B.Abbasov Şamaxı rayon təşkilatının fəaliyyətini YAP İcra Katibliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq həyata keçirildiyini vurğulayıb.

Konfransda YAP Şamaxı rayon təşkilatının nəzarət-təftiş qrupunun hesabatı dinlənilib.

Məruzə ətrafında rayon təşkilatı idarə heyətinin üzvü, Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Ağayev, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alcanov, Təhsil şöbəsinin müdiri Eyvaz Eminaliyev, Əngəxaran kənd məktəbinin müəllimi Cavid İslamov və ADPU-nun Şamaxı filialının tələbəsi Rövşanə Quliyeva çıxış ediblər.

Konfrans YAP Şamaxı rayon təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndirib və qarşıdakı dövr üçün fəaliyyət proqramını müəyyənləşdirib.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Rayon təşkilatının 31 nəfər tərkibdə şurası, 17 nəfərdən ibarət idarə heyəti seçilib. Bəxtiyar Abbasov yenidən Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının sədri seçilib.

MM-in deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu  iştirak edib.