YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AMEA-nın illik ümumi yığıncağında Azərbaycan elminin aktual problemləri və prioritetləri müzakirə olunur

28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında Rəyasət Heyətinin 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan illik ümumi yığıncağı işə başlayıb.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Baş nazirin müavini Elçin Əfəndiyev, AMEA-nın həqiqi və müxbir üzvləri, ali məktəblərin rəhbərləri, dövlət və ictimai təşkilatların nümayəndələri iştirak edirlər.

Əvvəlcə tədbir iştirakçıları akademiyanın elmi müəssisə və təşkilatlarının 2016-cı ildəki fəaliyyətini əks etdirən sərgisi ilə tanış oldular.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə ümumi yığıncağı açaraq gündəlikdəki məsələlər barədə məlumat verdi.

Sonra AMEA-nın akademik-katibi, akademik Rasim Quliyevin akademiyanın Rəyasət Heyətinin 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyəti barədə yekun hesabat məruzəsi dinlənildi.

İclas işini davam etdirir.