YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mərakeş IV İslam Həmrəyliyi Oyunlarına 145 idmançı ilə qatılacaq

Mərakeş Azərbaycanın paytaxtı Bakıda mayın 12-dən start götürəcək IV İslam Həmrəylik Oyunlarına 13 idman növündə 145 idmançı ilə qatılacaq. Bu barədə Mərakeş Milli Olimpiya Komitəsindən ölkənin yerli mətbuatına məlumat verilib.

Bakıya mayın 5-dən etibarən 4 qrupda gələcək Mərakeş nümayəndə heyətində, həmçinin 60 əməkdaş və rəhbər şəxslər də təmsil olunacaq.

Qeyd edək ki, 2013-cü ildə İndoneziyada təşkil edilmiş III İslam Həmrəylik Oyunlarında Mərakeş komanda hesabında altıncı yeri tutmuşdu.