YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milisa Markoviç: Suveren ölkənin daxili işlərinə müdaxilə etmək yolverilməzdir

Suveren ölkənin daxili işlərinə müdaxilə etmək yolverilməzdir. Bu baxımdan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı qəbul etdiyi qərar düzgün qərar deyil.

Bu fikri Bosniya və Herseqovinanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Milisa Markoviç söyləyib.

Milisa Markoviç bildirib ki, baş verənlər bəzi dairələrin Türkiyə ilə bağlı xüsusi maraqlarının olduğunu göstərir. Əvvəllər bir çox üzv ölkələrdə böyük problemlər olub. Həmin ölkələrdə baş verən hadisələr daha çox təcili debatlara ehtiyacı olan məsələlər idi. Ancaq Avropa Şurası bu məsələlərə fikir vermirdi, laqeyd qalırdı. Türkiyədəki bugünkü vəziyyət isə təcili debatlar tələb etmir.

Deputat 2007-ci ildən AŞPA-dakı nümayəndə heyətinin tərkibində olduğunu, hələ o vaxtdan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qurumun hər hansı konkret addımlar atılmasına dair istəklərini görmədiyini, assambleyanın həmişə bu münaqişə ilə bağlı neytral, laqeyd münasibət sərgilədiyinin şahidi olduğunu bildirib və bunu ikili standartlar adlandırıb. O vurğulayıb ki, AŞPA-da bir çox parlamentarilər qurumun davranışından narazıdır. Assambleyanın sessiyaları keçirilir, amma hər dəfə sessiyadan sonra bir çox məsələlərin qaldığının, həllini tapmadığının şahidi oluruq ki, bu da çaşqınlıq yaradır.