YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Yevlax rayon təşkilatının IX Konfransı keçirildi

27 Aprel 2017-ci il tarixdə YAP Yevlax rayon təşkilatının IX Konfransı keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin abidəsi önünə əklil qoydular.

Konfransda YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov Konfrans nümayəndələrinin tərkibi haqqında məlumat verdi.   Sonra Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutlə yad edildi.  Konfrans Dövlət himninin səsləndirilməsi ilə öz işinə başladı.

Konfransda YAP Siyasi Surasinin üzvü Firdovsi Əliyev, MM-in deputatı Pərvin Kərimzadə, rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədov iştirak edirdilər.  

YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov çıxış edərək təşkilatın hesabat dövrü ərzindəki fəaliyyəti barədə ətraflı məlumat verdi. Natiq təşkilatın  rayonun ictimai-siyasi həyatındakı fəal mövqeyindən bəhs edərək  qarşıda duran vəzifələrə toxundu.

Yaradıcısı Ümummilli Lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası zamanın çətin sınaqlarından şərəflə çıxaraq böyük siyasi qüvvəyə çevrilmişdir. Partiyanın qüdrətli siyasi qüvvəyə çevrilməsinin, sıralarının gündən-günə artmasının səbəbi ondadır ki, onun yaradıcısı, ilk rəhbəri dahi şəxsiyyət Azərbaycan xalqının xilaskarı, fəxri və iftixarı, Ümummilli Lider Heydər Əliyev olmuşdur. Bu gün Partiyanın nüfuzu daha da yüksəlir çünki ki, bu siyasi birliyə Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev rəhbərlik edir.

Təşkilat sədri İlham Məmmədov bildirdi ki, YAP Yevlax rayon təşkilatı özündə 57 məhəlli və 28 ərazi ilk partiya təşkilatını birləşdirir. Hesabat dövründə paritiya üzvlərinin sayı 7140 nəfərdən 8600 nəfərə çatmış 4 yeni məhəlli və ərazi ilk partiya təşkilatları yaradılmışdır. Bunlardan 4410 nəfərini qadınlar, 2015 nəfərini gənclər təşkil edir.

Sonra nəzarət təftis qrupunun hesabat məruzəsi dinlənildi.

Konfransda YAP Yevlax rayon təşkilatının Qadınlar Şurasının sədri Əminə Əhmədova, rayon təşkilatının Aparat rəhbəri Əli Quliyev çıxış edərək hesabat məruzəsinin qənaətbəxş olduğunu nəzərə çatdırdılar.

Konfransda təşkilatı məsələyə baxılaraq 47 nəfərdən ibarət şura, 17 nəfərdən ibarət idarə heyəti, 7 nəfərdən ibarət nəzarət təftiş qrupu secildi. İlham Məmmədov yenidən YAP Yevlax rayon təşkilatının sədri seçildi.

Sonda YAP Siyasi Surasinin üzvü Firdovsi Əliyev  çıxıs edərək  Yevlax yapçılarına işlərində uğurlar arzuladı.

Yekunda konfrans istirakçıları adından cənab Azərbaycan Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul edildi.