YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: AŞPA-nın Türkiyə ilə bağlı qərarı siyasi məqsədlərə xidmət edir

«Türkiyə Cümhuriyyətində cərəyan edən  proseslərin monitorinqə cəlb olunması ilə bağlı Avropa Şurası Parlament Assambleyasının qərarı ədalətli deyil və konkret siyasi məqsədlərə xidmət edir. Türkiyə hökuməti  Qərb təşkilat və institutları ilə dialoq və əməkdaşlığın  gücləndirilməsi istiqamətində ciddi iradə ortaya qoyduğu bir zamanda teskilatın bu cür haqsız qərar qəbul etməsi daha böyük problemlərə gətirib cıxara bilər». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı, AŞPA-nın komitə sədri Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, AŞPA-nın qurucularından biri olan Türkiyə çox böyük demokratik ənənələrə sahib olan bir ölkədir. Onun sözlərinə görə, son dövrlərdə nə qədər çətin bir mərhələni, mürəkkəb prosesləri yaşasa da Türkiyə Cümhuriyyəti demokratik təsisatların inkişafı, insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı ciddi addımlar atmaqdadır.

«Ona görə də düşünürəm ki, ASPA-nın bu müsbət addımları görməzdən gəlməsi, regionda və qitədə onsuz da kifayət qədər həssas olan situasiyanı düzgün dəyərləndirməməsi, bəsit siyasi maraqlara xidmət edən qərar qəbul etməsi ASPA-nın özünə də  başucalığı gətirmir. Biz çıxışlarımızda dəfələrlə  qeyd etmişik ki, son dövrlər Qərbdə, Avropa təskilatlarında islamofobiya, antimüsəlman əhval- ruhiyyəsi yüksəlir və bu gələcəkdə çox təhlukəli nəticələrə səbəb ola bilər. Bu qərar da bir daha bizim narahatçılığımızın nə qədər  haqlı olduğunu göstərdi. Əlbəttə, Türkiyə böyük dövlətdir və elə Avropanın özündə baş verən proseslərdə də güclü mövqeyə malikdir. Bu tip qərarla Türkiyəyə təsir etmək, onu öz siyasətindən çəkindirmək mümkun deyil. İnanmaq istəyirəm ki, AŞPA-dakı saglam qüvvələr, cılız siyasi məqsədlərin arxasınca düşməyən, təşkilatın rəhbər dəyərlərinə sadiq olan insanlar bundan sonra vəziyyəti düzgün qiymətləndirəcək, təşkilatın nüfuzuna ciddi xələl gətirə biləcək bu yöndə qərarlara qarşı lazımi müqavimət göstərəcək. Şübhəsiz ki, Azərbaycan həmişə olduğu  kimi yenə də Türkiyənin yanındadır və AŞPA-dakı nümayəndə heyəti olaraq bu qeyri-obyektiv qərarı pisləyirik»- deyə, S.Qafarova vurğulayıb.