YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: AŞPA-da ciddi islahatlar aparılmasına böyük ehtiyac var

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun yaz sessiyası çərçivəsində Büronun və Daimi Komitənin fəaliyyət hesabatlarının təqdimatından sonra keçirilən debatlarda çıxış edib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri AŞPA-da davranış kodeksinin dəyişdirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, mövcud kodeks köhnəlmiş sənəddir və bu da son vaxtlar üzləşdiyimiz xoşagəlməz hallara gətirib çıxarır.

Monitorinq məsələsinə toxunan Səməd Seyidov deyib: “Deyirsiniz ki, AŞPA-da monitorinq yaxşı prosedurdur və ölkələrlə əlaqələri genişləndirir. Belə olan halda, niyə monitorinq yalnız 12 ölkəyə tətbiq olunur? Əgər monitorinq yaxşıdırsa, dostluğu möhkəmləndirirsə, bəs onda niyə bütün ölkələrə tətbiq olunmur?”

Nümayəndə heyətinin rəhbəri diqqətə çatdırıb ki, AŞPA-nın özündə islahatlar aparılmalıdır. Qurumda islahatlar aparılmasa, heç nəyə nail olunmayacaq. Təşkilat ölkələrin daxilində dəyişikliklər etməkdə israrlıdır, halbuki onun özünün daxilində ciddi dəyişikliklər edilməsinə, islahatlar aparılmasına böyük ehtiyac var.