YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Yəmənə humanitar yardım göstərib

Aprelin 25-də İsveçrənin Cenevrə şəhərində Yəməndə davam edən humanitar böhranla əlaqədar yardımın göstərilməsi məqsədilə BMT-nin Yüksək Səviyyəli Donor Konfransı keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə ölkəmizi Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev təmsil edib.

İslam həmrəyliyi prinsipinə daim sadiq olan və 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilən Azərbaycan tərəfindən genişmiqyaslı humanitar böhranın yaşandığı Yəmənə Donor Konfransı əsnasında humanitar yardımın göstərildiyi qeyd olunub.