YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Qadınlar Şurasının və AQUPDK-nin birgə təşəbbüsü ilə “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda silsilə tədbirlər keçirilir

Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası Ümummilli lider Heydər Əliyevin xatirəsin əhəsr olunmuş silsilə tədbirlər keçirir. Belə tədbirlərdən biri də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) ilə birgə təşkil olunan layihədir.

“Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda silsilə tədbirlər çərçivəsində ölkəmizin bir sıra ali məktəblərində tələbələrlə görüşlər keçirilir. Görüşlərdə Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət qadın siyasətinin əhəmiyyəti, Ulu öndərin hakimiyyətdə olduğu dövrdə qadınların cəmiyyətdə rolu, dövlət idarəçiliyində qadınlara üstünlük verilməsi və digər məsələlər diqqət mərkəzində saxlanılır.

Tədbirlərdə Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasətin əhəmiyyəti tələbələrə geniş şəkildə izah olunur.

Qeyd edək ki, aprelin 17-dən başlayan tədbirlər Azərbaycan Dövlət İqtisad Universiteti, Memarlıq və İnşaat Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilib. Növbəti tədbirin 26 apreldə Azərbaycan  Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilməsi nəzərdə tutulur.

DİGƏR Partiya xəbərləri Arxiv