YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Xaçmaz rayon təşkilatının VIII konfransı keçirilmişdir

Aprelin 19-da YAP Xaçmaz rayon təşkilatının  VIII konfransı keçirilmişdir.

Konfransı giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev açaraq konfransın mümayəndələri haqqında məlumat vermiş, qeyd etmişdir ki, rayon təşkilatı 124 ərazi ilk partiya təşkilatında 9018 nəfəri öz ətrafında birləşdirir. Üzvlərin 50 faizə yaxını qadınlar, 45faizi isə gənclərdir.

Hesabat məruzəsi dinlənildikdən sonra nəzarət - təftiş qrupunun məlumatı dinlənilmişdir.

Konfrasda çıxış edən təşkilat nümayəndələri YAP Xaçmaz rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyətini qənaətbəxş hesab etdiklərini bildirmişlər.

Konfransda həmçinin Yeni Azərbaycan Partiyasının İdarə heyətinin üzvü, BDU –nun rektoru Abel Məhərrəmov, Milli Məclisin üzvlərindən İlham Əliyev və Eldəniz Səlimov və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev çıxış etmişlər.

Çıxışlarda qeyd olunmuşdur ki, Ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün ölkəmizin ictimai-siyasi həyatının aparıcı qüvvəsinə çevrilərək regionun ən iri və ən güclü siyasi partiyalarından biri olmuşdur. Heydər Əliyev ideyalarını özünün ideoloji və siyasi mübarizəsinin əsas silahı kimi mənimsəyən Yeni Azərbaycan Partiyası ötən 25 ilə yaxın zaman müddətində bir çox uğurlara imza atmışdır. Partiyamızın sıraları genişlənək 700000-ə yaxınlaşmış, beynəlxalq nüfuzu artaraq möhkəmlənmişdir. Yeni Azərbaycan Partiyasına Ulu öndərimizin siyasi varisi, ölkə başçımız, əziz və sevimli Prezidentimiz İlham Əliyevin rəhbərlik etməsi, onun yorulmaq bilməyən titanik fəaliyyəti, partiyamızın inkişafının və qazandığı uğurların əsasını təşkil etdiyini bildirmişlər. Azərbaycanın müstəqillik dövründə bu müddət ərzində ölkəmiz bir çox ciddi sınaqlarla üzləşmiş, tariximizin ən ağır, ən faciəli hadisələrini yaşamışdır. Xalqımızın böyük oğlu, Ulu öndər Heydər Əlirza oğlu Əliyevin titanik zəhməti, müdrikliyi və uzaqgörənliyi səyasində respublikamız bu sınaqlardan şərəflə çıxmış, bu gün dünyanın inkişaf etmiş ölkələri sırasında layiqli yerini tutmuşdur. 

Qeyd edilmişdir ki,  2016-cı il rayon partiya təşkilatı üçün yadda qalan əhəmiyyətli bir hadisə ilə də tarixə qovuşmuşdur. Ötən ilin sentyabrın 8-də Partiyamızın Sədri, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rayonumuza 7-ci səfəri bütün xaçmazlılar tərəfindən böyük sevinc hissi ilə qarşılanmışdır. Ölkə başçımız cənab İlham Əliyev Bayraq meydanında və Bayraq muzeyində yaradılan şəraitlə tanış olmuş, xalqımızın Ümumilli lideri   Heydər Əliyev adına Mərkəzin yeni binasının açılışında iştirak etmiş, Nigah evinin, Xudat-Yalama-Zuxuloba avtomobil yolunun açılışını həyata keçirmiş, Yalama Aqroparkının açılışını reallaşdırmışdır. Aqroparkla tanışlıqdan sonra ölkə başçımız cənab İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Rayonumuza növbəti səfərindən məmnunluğunu bildirərək, Aqroparkın perispektivlərini yüksək qiymətləndirdi.  Regionlarda sahibkarlığın inkişafı nəticəsində yeni iş yerlərinin açılmasını, infrastruktur layihələrin həyata keçirilməsini, məhsul bolluğunun yaradılmasını bundan sonra da dövlətin diqqət mərkəzində saxlayacağını qeyd etdi. Cənab Prezidentimiz Xaçmazın böyük turizm və kənd təsərrüfatı potensialının olduğunu vurğulayaraq gələcəkdə bu sahələrin daha da inkişaf etdiriləcəyini dedi. Həmçinin Xaçmazda görülən abadlıq və quruculuq işlərini yüksək qiymətləndirən ölkə başçımız gələcəkdə də rayonda yeni infrastruktur layihələrin gerçəkləşdiriləcəyini, yeni-yeni açılışların həyata keçiriləcəyini qeyd etdi.

Azərbaycan dünyada qadın hüquqlarını tanıyan ilk dövlətlərdən biri, qədim şərqdə qadınlara  seçki hüququ verən birinci dövlət olmuşdur. Qadına yüksək hörmət və ehtiram xalqımızın ən nəcib və ən ali xüsusiyyətlərindən biridir. Azərbaycan qadını həmişə öz yüksək əxlaqı  keyfiyyətləri ilə seçilmiş, mənəvi dəyərlərilə cəmiyyətdəki rolunu möhkəmləndirmişdir. Partiyamızın V qurultayında Heydər Əliyev fondunun Prezidenti Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyasının Sədr müavini seçilməsi qadınların cəmiyyətdəki rolunu təsdiqləməklə yanaşı, Partiyamızın fəaliyyətinə bir dinamizm qatmışdır.

2017-ci ilin əvvəllərində möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən Mehriban xanımın birinci Vitse Prezident təyin edilməsi xalqımızın sosial sifarişi, Mehriban xanıma olan xalqın sevgi, məhəbbətinin təsdiqi olmaqla yanaşı eyni zamanda onun çoxşaxəli fəaliyyətinin, xalqımızın sosial rifahının qoruyucusu, mədəniyyətimizin hamısı, ölkəmizin nüfuzunun dünya miqyasında tanıdılması sahəsindəki yorulmaq bilməyən əməyinin yüksək qiymətləndirilməsi deməkdir.

Konfransda daha sonra təşkilati məsələlərə baxılmışdır. Konfrans YAP Xaçmaz rayon təşkilatının 45 nəfərdən ibarət Şura, 17 nəfərdən ibarət İdarə heyəti və 7 nəfərdən ibarət nəzarət təfriş qrupunun seçilmişdir. Nazim Ağayev yenidən YAP Xaçmaz rayon təşkilatının sədri seçilmişdir.

YAP Xaçmaz rayon təşkilatının VIII konfransı iştirakçıları adından Yeni Azərbyacn Partiyasının Sədri, Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.

DİGƏR Partiya xəbərləri Arxiv