YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Kosmik sənayenin biznes imkanlarını da genişləndirməliyik

Prezident İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində Azərbaycanda yüksək texnologiyaların inkişafından da danışıb.

Dövlətimizin başçısı deyib ki, ölkəmizdə yüksək texnologiyalar inkişaf edir. Biz indi kosmik sənayeni inkişaf etdiririk. Azərbaycan dünyanın məhdud sayda olan kosmik klubunun üzvüdür. Bizim iki peykimiz var, üçüncü peyk hazırlanır və biz bu xidmətləri artıq xaricə satırıq. Bu da ixracın bir növüdür. Biz birinci və ikinci peykləri orbitə buraxanda əlbəttə ki, bir neçə məqsədi güdürdük. Bu, yenilikdir, texnologiyadır. Kadr hazırlığı baxımından bunun böyük əhəmiyyəti var. Azərbaycanın imici artacaq və eyni zamanda, biz buna bir biznes layihə kimi baxırıq və artıq ora qoyulan vəsaiti bu peyklər qaytarmağa başlayır. Artıq üçüncü peykin xidmətlərinin bir hissəsi barədə kontraktlar imzalanıb. Ona görə, bu da ölkəmizə gəlir, valyuta gətirən bir sahədir. Biz bunu dövlət xətti ilə etmişik. Ancaq inkişaf etmiş ölkələrdə biznes qurumları özləri peykləri sifariş edirlər, özləri orbitə buraxırlar və özləri də pul qazanırlar. Elə ölkələr var ki, o qədər də böyük deyil, amma o ölkələrdə bəlkə də onlarla peyk var. Nəyə görə? Çünki bu, biznes üçün əlverişlidir. Biz artıq kosmik sənayenin biznes imkanlarını da genişləndirməliyik.