YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Sosial müdafiə sahəsində ünvanlılq prinsipi mühüm amildir

«Ölkəmizdə diqqət yetirilən mühüm məqamlardan biri sosial müdafiə sahəsində ünvanlılıq prinsipinin gözlənilməsi olmuşdur. Bu, mühüm məsələdir. Bunun nəticəsi olaraq ayrı-ayrı kateqoriyalı şəxslərin sosial müdafiəsi üzrə müxtəlif qanunlar qəbul olunaraq icraya yönləndirilib, sosial müdafiəyə daha çox ehtiyacı olanlara dövlət tərəfindən yardımların göstərilməsi əsas məqsədlərdən birini təşkil etmişdir». Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, bu xüsusda “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Veteranlar haqqında” və digər qəbul edilmiş qanunların adını çəkmək olar.

Onun sözlərinə görə, sosial müdafiənin və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə dair atılan növbəti addımlar, bu istiqamətdə həyata keçirilən siyasətin elmi-nəzəri dəyərlərə və dünyanın ən mütərəqqi təcrübəsinə əsaslanması vətəndaşların həyat səviyyəsinin daha da yaxşılaşdırılması ilə müşayiət olunur.

«Əməkhaqlarının, pensiya və digər sosial müavinətlərin vaxtaşırı artırılması, yoxsulluq probleminin birdəfəlik həlli ilə bağlı görülən tədbirlər ölkənin sosial müdafiə modelinin daha güclü bir hala gəlməsinə yol açıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasının uğurlu davamı məşğulluq və sosial sferada da özünü qabarıq büruzə verərək bu sahənin tərəqqisini daha dinamik hala gətirib. Ölkəmizin malik olduğu iqtisadi potensialın daha da gücləndirilərək onun kompleks şəkildə səmərəli reallaşdırılması nəticəsində əməkhaqları və pensiyaların, digər sosial müavinətlərin mütəmadi artırılması, yeni iş yerlərinin açılması və bunun daha çox qeyri-neft sektorunu əhatə etməsi vətəndaşların sosial müdafiəsini davamlı olaraq yaxşılaşdırıb»- deyə, komitə sədri vurğulayıb.