YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Raqif Abbasov: Bu mötəbər tədbir Azərbaycanı bir daha dünyaya tanıdacaq

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları zamanı paytaxtda qonaqlar üçün mədəni-kütləvi tədbirlər təşkil olunacaq. Bunu Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

R.Abbasov bildirib ki,tədbirlər çərçivəsində müxtəlif səyyar tamaşalar göstəriləcək, idman yarışlarından sonrakı vaxtlarda bədii-əyləncəli tədbirlər hazırlanacaq. Onun sözlərinə görə, Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmək və yarışları izləmək üçün gələn qonaqlara istirahət etmələri, mədəniyyətimizlə yaxından tanış olmaları üçün hər cür şərait yaradılacaq.

«Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə hazırlaşıb. Bu mötəbər tədbir bütün müsəlman dövlətləri üçün önəmlidir. Oyunların açılış və bağlanış mərasimində dünyaya mesajlar olacaq. Açılış mərasimində Azərbaycan bütün müsəlman dövlətlərinin istəyini deyəcək. Dünya müsəlman dövlətlərinin səsini eşidəcək. Hesab edirəm ki, Oyunlar uğurla başlayıb, uğurla da yekunlaşacaq. Bu tədbir həmçinin Azərbaycanı bir daha dünyaya tanıdacaq»- deyə, R.Abbasov qeyd edib.