YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Professor Refik Turan: Qafqaz dünyanın ən gözəl və özünəməxsus bölgələrindən biridir

Qafqaz dünyanın ən gözəl və özünəməxsus bölgələrindən biridir. Qafqazın özəlliklərindən biri də burada çoxsaylı mədəniyyətlərin olmasıdır. Bu bölgə qədim tarixə, zəngin mədəniyyətə malikdir.

Bu fikirləri jurnalistlərə müsahibəsində Bakıda keçirilən Qafqazşünasların Birinci Beynəlxalq Forumunda iştirak edən Türk Tarix Qurumunun sədri professor Refik Turan deyib.

Türkiyəli alim Qafqazın, eyni zamanda, maraqların toqquşduğu mürəkkəb bir region olduğunu söyləyib. Vurğulayıb ki, buna baxmayaraq, bu regionda çoxsaylı mədəniyyətlər bir yerdə yaşamağa davam edirlər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi, Qafqaz bütün dünya dövlətlərinin diqqətini cəlb edir. Qafqazdakı, xüsusilə də Azərbaycandakı etnik zənginlik burada multikulturalizmin formalaşmasına böyük təsir göstərib. Bu region, həmçinin dünya siyasətində də böyük rol oynayır.

DİGƏR Xəbərlər Arxiv