YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Almaniyalı deputat: Biz Ermənistanın işğalçılıq siyasətinə artıq dözmək fikrində deyilik

Almaniyanın Xristian Demokrat İttifaqının ölkə parlamentindəki deputatı Stefen Kanitz BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qətnamələrini dəstəklədiyini bəyan edib.

Bu barədə S.Kanitz Avropa Azərbaycan Cəmyyətinin (AAC) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair suallarını cavablandırarkən deyib.

Deputat qeyd edib ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi kimi tanıyır. Erməni siyasətçilər bunun əksini iddia etməklə "odla oynayırlar". /Trend/

S.Kanitz vurğulayıb ki, Avropada ərazi bütövlüyü prinsipinin tətbiqi Ermənistanın Azərbaycana qarşı zorakılığına qədər birmənalı idi: "Ermənistan Azərbaycan ərazisinin böyük bir hissəsini və Dağlıq Qarabağı işğal etməklə özünü beynəlxalq hüquq standartlarından nəzərəçarpacaq dərəcədə kənarlaşdırdı. Belə bir davranış biz parlamentarilər tərəfindən xoş qarşılana bilməz".

Deputat bildirib ki, Avropa Şurasının Parlament Assambleyası (AŞPA) açıq-aydın bəyan edib ki, Ermənistanın işğalçılıq siyasəti beynəlxalq hüquqa ziddir: "AŞPA-nın həmin qətnaməsini rəhbər tutan Almaniya və Avropa Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın göstərdiyi səyləri dəstəkləyir. Sovet İttifaqının süqutundan sonra Ermənistan qeyri-qanuni olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və yeddi ətraf rayonu işğal edərək, bir milyona yaxın azərbaycanlını didərgin vəziyyətinə saldı. Aydındır ki, insanların bu acınacaqlı durumuna biganə qalmaq olmaz. Buna görə də biz, münaqişənin sülh yolu ilə həlli üçün cəhdlərimizi gücləndirməliyik".

S.Kanitz bəyan edib ki, Avropa ictimaiyyəti Ermənistanın beynəlxalq hüquqa, insan hüquq və azadlıqlarına qarşı yönələn hərəkətlərini qətiyyətlə pisləyir: "Ermənistan beynəlxalq səviyyədə məsuliyyət və cavabdehlik daşıyır. Biz Ermənistanın işğalçılıq siyasətinə artıq dözmək fikrində deyilik".

 

DİGƏR Xəbərlər Arxiv