YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Arif Rəhimzadə: “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” yeni qanun layihəsi özündə vacib məqamları əks etdirir

“Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” yeni qanun layihəsi özündə vacib məqamları əks etdirir. Bu fikri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

A.Rəhimzadə bildirib ki, 3 fəsildən ibarət olan “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsində peşəkarlıq və fərdi məsuliyyətin artırılması, şəxslərin qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət, mədəni davranış, qərəzsizlik və digər məsələlər öz əksini tapıb.

«"Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında" yeni qanun layihəsində yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin nüfuzunun artırılması, vətəndaşların yerli özünüidarə orqanlarına və bələdiyyə üzvlərinə etimadının yüksəldilməsi, yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, yerli özünüidarə orqanlarında korrupsiyanın və bələdiyyə üzvlərinin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması məsələlərinə yer verilir. Eyni zamanda, bu qanun bələdiyyə üzvləri tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, bələdiyyə üzvlərindən gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması, yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsir imkanlarının genişləndirilməsi məqsədlərini daşıyır»- deyə, A.Rəhimzadə qeyd edib.