YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə Nazirliyi: Təlimlərin keçirilməsi planına uyğun olaraq qoşunlar döyüş tapşırıqlarını icra edirlər

Genişmiqyaslı təlimlərin keçirilməsi planına uyğun olaraq həyəcan siqnalı ilə qaldırılan qoşunlar və komanda idarəetmə məntəqələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qoşunların idarə edilməsi onların təşkili üzrə yüksək tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir.

Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.

Təlimin hazırkı mərhələsinin şərtlərinə uyğun olaraq qoşunlar planlı tədbirlər yerinə yetirir.

DİGƏR Xəbərlər Arxiv