YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Məleykə Abbaszadə: Jurnalistika ixtisası ilə əlaqədar Mətbuat Şurasının təklifləri nəzərə alınacaq

«Gələn ildən xüsusi qabiliyyət tələb edən ixtisaslar üçün orta ixtisas təhsili müəssisələrində müsabiqə aparılacaq». Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.

M.Abbaszadə bildirib ki, bu sahəyə sənəd verən gənclər üçün orta məktəblərdə buraxılış imtahanları bir qədər çətinləşəcək. Belə ki, onlar bu zaman 3 fəndən imtahan verəcəklər.

 Bu il jurnalistika üzrə keçid balının 351-369 olduğunu deyən Komissiya sədri qeyd edib ki, nəticənin bu cür proqnozlaşdırırdıq: “Bu qaydalar təkmilləşdiriləcək və biz bunu Mətbuat Şurası ilə birgə işləyəcəyik, onların təkliflərini nəzərə alacağıq. Gələn il qaydalarda müvafiq dəyişikliklər etməyə hazırıq”.

«Tələbə adı qazanmış şəxslər 2014-cü il avqustun 8-dən 18-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunan  müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək»- deyə, TQDK sədri vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv