YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Ermənistan öz təcavüzkar siyasəti ilə Cənubi Qafqazda sülhə təhdid yaradır

«Ermənistan öz təcavüzkar siyasəti ilə həm Cənubi Qafqazda sülhə təhdid yaradır, həm də beynəlxalq hüquq normalarını kobud surətdə pozur. Belə olan halda, Qərb, beynəlxalq təşkilatların sükutu təəssf doğurur». Bu fikirləri Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, bir sıra ölkələrə qarşı sanksiyalar tətbiq edən Qərb, eləcə də beynəlxalq təşkilatlar üçün beynəlxalq hüquq normaları heç bir əhəmiyyət daşımır. Onun sözlərinə görə, əgər elə olsaydı, Ermənistan bu cür cəzasızlıq mühitində təxribatçı fəaliyyətini davam etdirə bilməzdi”.

«Cəbhə xəttində baş verən gərginlik Ermənistanın təcavüzkar, aqressiv mövqedən əl çəkmədiyini bir daha göstərdi. İşğalçı Ermənistan, görünür, hansısa qüvvələrə - öz havadarlarına güvənərək aqressiv siyasətini davam etdirir. Amma bu ölkə günü-gündən uçuruma doğru irəliləyir, iqtisadiyyat tamamilə kənar qüvvələrdən asılıdır, vətəndaşlar isə sürətlə öz ölkələrini tərk edirlər. Bu şəraitdə Ermənistan sona qədər duruş gətirə bilməyəcək. İkili standartlar əsasında çıxış edən beynəlxalq ictimaiyyət məhz bunu da nəzərə almalıdır», -deyə, S.Qafarova qeyd edib.

DİGƏR Xəbərlər Arxiv