YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının növbəti konfransı keçirilib

Aprelin 15-də Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının növbəti konfransı keçirilib.

Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoyublar.

YAP Hacıqabul rayon təşkilatının konfransını giriş sözü ilə açan YAP Hacıqabul rayon təşkilatının sədri Hafiz Bəşirov bildirib ki, Yeni Azərbaycan Partiyası ilk gündən ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, demokratik təsisatların bərqərar olmasında siyasi flaqman rolunu öhdəsinə götürmüşdür. YAP Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvə olaraq xalqımızın ali mənafeyini özünün fəaliyyəti boyu dolğun ifadə etməkdədir.

Hafiz Bəşirov məruzəsində hesabat dövründə qeydə alınan bir sıra statistik məlumatları diqqətə çatdırıb. Qeyd edib ki, ötən müddət ərzində YAP Hacıqabul rayon təşkilatı böyük inkişaf yolu keçmişdir. Rayon təşkilatı öz sıralarını daim genişləndirərək partiyamızın Proqram və Nizamnaməsinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin öhdəsindən bundan sonra da ləyaqətlə gələcəkdir.
Daha sonra konfransda məruzə ətrafında çıxışlar olub. Çıxışçılar YAP Hacıqabul rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş hesab etdiklərini diqqətə çatdırıblar.
YAP İcra katibinin müavini, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransda çıxış edərək Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolu, partiyanın gördüyü işlər, keçdiyi inkişaf yolu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlarda iştirakı barədə  geniş nitq söyləmişdir.

Konfransda daha sonra təşkilati məsələlər müzakirə edilmişdir. Rayon təşkilatının 35 nəfər tərkibdə yeni Şurası və 15 nəfərdən ibarət İdarə Heyəti, eləcə də nəzarət-təftiş qrupu seçilib. Hafiz Bəşirov yenidən YAP Hacıqabul rayon təşkilatının sədri seçilib. 
Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

DİGƏR Partiya xəbərləri Arxiv