YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Eurovision-2015” mahnı müsabiqəsi Vyananın “Wiener Stadthalle” arenasında keçiriləcək

2015-ci ilin mayında Avstriyanın paytaxtı Vyanada keçiriləcək 60-cı “Eurovision” mahnı müsabiqəsinin təşkilatçıları bu yarışmanın şəhərin “Wiener Stadthalle” arenasında keçirilməsi qərarına gəliblər.

Vyananın 15-ci rayonunda yerləşən bu kompleks avstriyalı memar Roland Raynerin layihəsi əsasında 1953-1958-ci illərdə inşa olunub və ümumilikdə 16 min tamaşaçı tutur.

Arena 6 zaldan ibarətdir. 1974-cü ildə burada “Stadthallenbad” hovuzu da tikilib.

“Eurovision-2015” mahnı müsabiqəsinin I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də keçiriləcək.