YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Görülən işlər gələcək inkişafımızı daha yüksək səviyyədə təmin edəcək

«Ölkəmizin 2017-ci il üçün əsas prioriteti qeyri-neft sektorunun sürətli  inkişafıdır. Bu ilin birinci rübünün sosial-iqtisadi göstəriciləri də bu reallığı təsdiqləyir». Bu fikirləri yap.org.az saytına YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, hazırda dünyada iqtisadi böhran yaşanır. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya etdiyi üçün müəyyən məsələlərlə üzləşdi. Onun sözlərinə görə, bu böhranın arxasında müəyyən siyasi maraqlar var.

«Müəyyən beynəlxlaq güclər dünyada neftin qiymətini aşağı endirməklə bir sıra dövlətlərə təsir etmək istəyirlər. Amma  Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan öz inkişafını qoruyub saxlayır. Dövlət başçısının Nazirlər Kabinetinin bu ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında söylədiyi kimi Azərbaycan özünün valyuta ehtiyatlarını qoruyub saxladı. Və bu çox müsbət göbstəricidir. Təbii ki, Azərbaycan zəngin yeraltı və yerüstü sərvətlərə malikdir. Hazırda sənaye və kənd təsərrüfatının inkişafı xüsusi diqqət mərkəzindədir. Ölkəmiz öz resurslarından səmərəli istifadə edərək inkişaıfını davam etdirir. Eləcə də, bölgələrimiz sürətlə inkişaf edir. Regionlarda insanların rifahının yüksəlməsi üçün tədbirlər göürülür, yeni yollar çəkilir, kəndlərimiz qazlaşdırılır və s. təbii ki, bütün bunlar insanlarımıza xidmət edir. Bir sözlə, çətin dövr arxada qalıb. Hazırda həyata keçirilən islahatlar nəticəsində qarşıdakı dövrdə daha yaxşı inkişaf edəcəyik. Bu gün Azərbaycanın məhsullarının xarici bazarlara çıxarılması üçün mühüm işlər görülür. Azərbaycan brendlərinin dünyada tanıdılması üçün görülən işlər təqdirəlayiqdir. Şübhə yoxdur ki, görülən bu işlər gələcək inkişafımızı daha yüksək səviyyədə təmin edəcək»- deyə, M.İbrahimqızı qeyd edib.