YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oleq Muraşev: Azərbaycan Rusiyanın iqtisadi sahədə çox mühüm tərəfdaşıdır

Son illər Rusiya ilə Azərbaycan arasında iqtisadi sahədə 200-dən çox sənəd imzalanıb.

Bu barədə aprelin 13-də “Qazprombank” SC-nin Azərbaycandakı Ticarət Nümayəndəliyinin dəstəyi ilə Bakıda keçirilən biznes-missiyasında Rusiyanın Azərbaycandakı səfirliyinin məsləhətçisi Oleq Muraşev məlumat verib.

Qeyd olunub ki, Rusiyanın tərəfdaşları arasında Azərbaycan ticarət və iqtisadi əlaqələr sahəsində ikinci, neft sahəsində isə birinci yerdədir. O.Muraşev vurğulayıb ki, bu münasibətlərin əsasında Rusiya və Azərbaycan prezidentlərinin möhkəm dostluq əlaqələri dayanır.