YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vladimir Fekete: Azərbaycan fəxr edə bilər ki, onun əhalisi başqa ölkələrin və dinlərin nümayəndələrinə mehribanlıqla yanaşır

Azərbaycanda katolik icmasının başçısı Vladimir Fekete aprelin 12-də “İslam həmrəyliyi: dini və mədəni həmrəyliyin harmoniyası” mövzusunda beynəlxalq konfrans çərçivəsində AZƏRTAC-a müsahibəsində deyib: “Şadam ki, artıq 8 səkkiz ildir bu gözəl ölkədə yaşayıram. Bu gün İslam həmrəyliyinə həsr edilmiş çox yaxşı konfrans keçirildi, müxtəlif dinlərin və ənənələrin harmonik şəkildə yanaşı yaşaması məsələləri müzakirə edildi. Məni sevindirən budur ki, siyasətçilər, ictimai xadimlər, elm nümayəndələri ilə bərabər, bu tədbirdə Azərbaycanda ənənəvi olan dinlərin başçıları iştirak edirdi. Biz təəssüf ki, gərginliyin artdığı, getdikcə yeni münaqişələrin alovlandığı bir dünyada yaşayırıq. Konfransda çıxışımda əmin olduğumu bildirdim ki, xeyir həmişə şərdən güclüdür. Mömin insanlar – istər müsəlmanlar, istərsə də xristianlar unutmamalıdırlar ki, Allah-taala bizi həyat, sülh və xeyirxahlıq naminə yaradıb. Azərbaycan fəxr edə bilər ki, onun əhalisi başqa ölkələrin və dinlərin nümayəndələrinə mehribanlıqla yanaşır. Azərbaycanın nümunəsi bütün dünya üçün cəlbedici ola bilər və olmalıdır. Burada kütləvi informasiya vasitələri də böyük rol oynayırlar.