YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Bolqarıstan arasında hərbi təhsil sahəsində əməkdaşlıq uğurla inkişaf edir

Bolqarıstan Respublikasının G.S.Rakovski adına Hərbi Akademiyasının rəhbər heyəti Azərbaycana səfərə gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Silahlı Qüvvələrin Hərbi Akademiyasında keçirilən görüşdə iki ölkənin hərbi elm və təhsil sahəsində əlaqələri, o cümlədən akademiyalar arasında əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Hərbi Akademiyanın rəisi, general-leytenant Heydər Piriyev təhsil müəssisəsinin fəaliyyəti, strukturu, beynəlxalq əlaqələri və maddi-texniki bazası haqqında qonaqlara ətraflı məlumat verib.

Təhsil ocaqları arasında inkişaf edən münasibətlərin əhəmiyyətindən danışan G.S.Rakovski adına Hərbi Akademiyanın rəisi, general-mayor Qrudi Angelov Azərbaycanın hərbi elm və təhsilinin bütün istiqamətləri üzrə əlaqələrin uğurla inkişaf etdiyini xüsusi qeyd edib.

Sonda hərbi akademiyalar arasında elmi tədqiqatlar, təcrübə mübadiləsi, müştərək tədbirlərin keçirilməsi, tədris və qarşılıqlı maraq doğuran digər məsələlərə dair əməkdaşlıq sənədi imzalanıb.

Sonra qonaqlar Azərbaycan hərbi təhsil sisteminin inkişafı ilə yaxından tanış olmaq üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini də ziyarət ediblər.

DİGƏR Xəbərlər Arxiv