YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahil Babayev: Sahibkarlarımızın istehsal etdiyi məhsulların xarici bazarlara ixrac olunması üçün bütün şərait yaradılır

"Qeyri-neft sektorunun inkişafını genişləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi üçün müəyyən işlər görülüb. İxrac etmək üçün əvvəlcə istehsal qurmaq lazımdır. Bu günə qədər 1,2 milyard manat dəyərində olan 121 layihəyə investisiya təşviqi sənədi verilib. Artıq ixracatçılara geri ödəmə sisteminin tətbiqinə başlanılıb və 5 ay ərzində sahibkarlara 750 min manat həcmində dövlət dəstəyi verilib". Bu fikirləri iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

S.Babayev bildirib ki, bu ilin birinci rübündə Azərbaycanda ixracatçıların sayı 20% artıb. Onun sözlərinə görə, sahibkarlarımızın istehsal etdiyi məhsulların xarici bazarlara ixrac olunması üçün bütün şərait yaradılır. 

«Xarici ölkələrdə Azərbaycanın növbəti ticarət nümayəndəliyi Çində yaradılacaq. Bu nümayəndəliklərin yaradılmasında məqsəd Azərbaycanın investisiya potensialını bu ölkələrdə tanıtmaq, həmin ölkənin iş adamlarını Azərbaycana dəvət etməkdir. Bundan başqa, son zamanlar Azərbaycan xarici ölkələrdə ticarət evləri də yaradır. Artıq Belarusda belə bir ticarət evi açılıb, Rusiya və Ukraynada ticarət evlərinin açılması ilə bağlı işlər aparılır", - deyə S. Babayev bildirib.