YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Allahşükür Paşazadə: Azərbaycan bütün dünyaya uğurlu ideyalar təqdim edən güclü dövlətə çevrilib

Azərbaycan dünyada multikulturalizmin, tolerantlığın təşəkkül tapmasına, islam mədəniyyətinin təbliğinə töhfə verib.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bu gün “İslam həmrəliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” adlı beynəlxalq konfransda deyib.

A.Paşazadə bildirib ki, Azərbaycanda müxtəlif dinin nümayəndələri dostluq şəraitində, dövlətin qayğısı ilə yaşayır: "Dünyada terrorizm tüğyan etdiyi halda, Azərbaycan Prezidenti İlham Əliyev dünyada sülhün carçısı kimi çıxış edir. Azərbaycanda İslam həmrəyliyi ili elan edilməsi təkcə islam aləmində, islam aləmi ilə digər dinlər arasında da harmoniyanı özündə ehtiva edir. Azərbaycan öz nümunəsində bütün dünyaya nümayiş etdirir ki, dini harmoniyaya əsaslanan cəmiyyət yaratmaq mümkündür və bu məfkurə yaşaya bilər. Azərbaycan bütün dünyaya uğurlu ideyalar təqdim edən güclü bir dövlətə çevrilib".