YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyi “Qələbədən qələbəyə” adlı atıcılıq turnirinə start verib

Aprelin 7-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin təşkilatçılığı ilə ötən ilin  aprel döyüşlərinə həsr olunmuş “Qələbədən qələbəyə” adlı atıcılıq turnirinin açılış mərasimi keçirilib.

 Turnirin açılışında çıxış edən YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov rəhbərlik etdiyi təşkilatın müxtəlif layihələr həyata keçirdiyini bildirib. O, YAP GB-nin tədbirlərinə partiya rəhbərliyinin yüksək dəstək verdiyini vurğulayıb. S.Orucov atıcılıq turnirinin də YAP gəncləri tərəfindən böyük maraqla qarşılandığını qeyd edib. YAP GB-nin sədri gənclərə hərbi vətənpərvərlik duyğularının aşılanmasın, güllə atıcılığına marağın artırılmasının vacibliyini qeyd edərək, turnir iştirakçılarına uğurlar arzulayıb.

“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin sədri Şahvələd Əliyev YAP gəncləri arasında təşkil olunan atıcılıq turnirinin vətənpərvərlik təbliğatı istiqamətində həyata keçirilən işlərin tərkib hissəsi olduğunu bildirib.

Daha sonra atıcılıq turnirinə start verilib. Keçirilən turnirdə hər biri 4 nəfərdən ibarət 13 komanda olmaqla, 3 mərhələdə mübarizə aparıblar. Birinci mərhələdə ən yaxşı nəticəni göstərən 8 komanda yarim finala vəsiqə qazanıb. Daha sonra 5 komanda aprelin 21-də təşkil olunacaq final yarışında iştirak edəcək. Turnirin sonunda I, II və III yerlərin qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq, bununla yanaşı turnir müddətində “Ən sərrast atıcı müəyyənləşdiriləcək.