YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: Azərbaycan gəncləri Ali Baş Komandanın əmri ilə silaha sarılıb torpaqlarımızı işğaldan azad etməyə qadirdir

«Gənclərimizin «Zəfər yürüşü» çox yüksək səviyyədə, coşğu ilə reallaşdı. Bu bizi çox sevindirir. Çünki bununla Azərbaycan gəncliyi dövlətinin yanında olduğunu və torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olduğunu göstərir». Bu fikirləri  YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.

S.Orucov bildirib ki, yürüş ordumuzun ötən ilin aprel döyüşlərində qazandığı qələbələrin ildönümünə həsr olunub. Onun sözlərinə görə, aprel döyüşlərində ordumuz düşmənə ağır zərbələr vurdu.

«Gənclərimiz bu yürüşü keçirməklə dövlətçiliyimizə sadiq olduğunu, ölkə Prezidentinin ətrafında sıx birləşdiyini əyani şəkildə göstərirlər. Bu yürüşdə təxminən 6-7 min nəfər gənc iştirak edir. gənclərimizin belə yüksək fəallığı bizi çox sevindirir. Bu o deməkdir ki, Azərbaycan gəncləri ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bir əmri ilə silaha sarılıb torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Ötən ilin aprel döyüşləri bunu bir daha təsdiqlədi. Biz aprel döyüşlərində ordumuzun gücünü gördük. Düşmənlərimiz də bu gücü gördü və qorxuya düşüblər. Əgər qarşı tərəf sülh yolu ilə torpaqlarımızdan geri çəkilməsələr, bir daha ordumuzun gücü ilə qarşılacaqlar» - deyə, S.Orucov vurğulayıb.