YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə ictimaiyyət nümayəndələri Azərbaycana dəstək olaraq Ermənistan sərhədinə yürüş ediblər

Türkiyə ictimaiyyətinin nümayəndələri Ermənistan sərhəddinə, İğdırdakı Əlican gömrük-keçid məntəqəsinə yürüş ediblər.

Yürüşdə Türkiyə Böyük Millət Məclisinin üzvləri, “İST-TAD” -Türkiyə-Azərbaycan Dərnəyi, İğdır Qafqaz-Çeçen Dərnəyi, Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının üzvləri və digər ictimai birliklərin rəhbərləri iştirak ediblər.
Son günlər Ermənistan hərbi birləşmələrinin Azərbaycana qarşı həyata keçirdikləri hücumlara etiraz edən yürüşçülər işğalçı dövlətin təcavüzkar hərəkətlərinə qarşı kəskin etirazlarını ifadə ediblər.
Şəhidlərimizə Allahdan rəhmət diləyən yürüş iştirakçıları bildiriblər ki, işğalçı Ermənistan Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasətə son qoymasa, qarşısında bütün türk dünyasını görəcək. Onlar vurğulayıblar ki, Azərbaycan tək deyil, onun arxasında dünyanın bütün mütərəqqi qüvvələri, o cümlədən çoxmilyonlu türk xalqları dayanıb.

DİGƏR Xəbərlər Arxiv