YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu münaqişələrin həlli ilə bağlı xüsusi toplantı keçirəcək

Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu sentyabrın 4-7-də Andorrada Ali Səviyyəli Təşəbbüsün əsasının qoyulması üçün xüsusi toplantı təşkil edəcək. 

Komitədən bildirilib ki, məqsəd Avropa məkanında mövcud olan qeyri-sabitlik və münaqişələrin həll olunması, dondurulmuş münaqişələrin həlli istiqamətində fəallığın artırılması, habelə yaranmaqda olan münaqişələrin qarşısının innovativ metodların tətbiqi ilə alınmasıdır. 
Bu təşəbbüs Helsinki Yekun Bəyənnaməsinin 40 illiyinə təsadüf edir və tədbirin həyata keçirilməsi ilə Yeni Avropanın Paris Əsasnaməsi (1991), Avropa Təhlükəsizliyi üzrə İstanbul Nizamnaməsi (1999) və Astana Sammitinin Bəyənnaməsindən (2010) sonra daha geniş Avropa məkanı anlayışında təhlükəsizlik və stabilliyin bərpa olunması üçün mühüm addımlar atılacaq.
Toplantıda Helsinki Yekun Aktına aid olan ölkələrin nüfuzlu ictimai-siyasi xadimləri - Latviya Respublikasının sabiq Prezidenti xanım Vaira Vike-Freiberga, Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko, Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku iştirak edəcək. Bolqarıstan Respublikasının sabiq Prezidenti Petar Stoyanov, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Xorvatiyanın sabiq Prezidenti Stepan Mesic, Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin də tədbirdə iştirakı gözlənilir. Bundan başqa, tədbirə Finlandiyanın sabiq Prezidenti xanım Tarja Halonen, Liviyanın sabiq Baş naziri Abdurrahim El-Keib, Karneqi Mərkəzinin vitse-prezidenti Mark Mediş, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin, İsveç Yardım Fondunun sabiq rəhbəri Valter Füst, Türkiyə Respublikasının sabiq Xarici işlər naziri, Böyük Millət Məclisinin sabiq sədri Hikmət Çətin, İspaniyanın sabiq Xarici işlər naziri Karlos Vestendorp və digər nüfuzlu şəxslərin də qatılması nəzərdə tutulub. 
Qeyd edək ki, bu tədbir 2015-ci il Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq üçün ilk toplantıdır.