YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“AITF 2017” turizm sərgisində 22 ölkəni təmsil edən 272 şirkət iştirak edəcək

Aprelin 6-da Bakı Ekspo Mərkəzində XVI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər "AITF 2017” sərgisi keçiriləcək. Sayca 16-cı dəfə təşkil olunacaq bu sərgi turizm biznesi, yerli və regionla turizm təşkilatları, dövlət strukturları, eləcə də media nümayəndələrinin yenidən bir araya toplayacaq və regionun, həm daxili, həm də xarici turizm dinamikasını yaxından təqdim edəcək.

Bu fikirləri "AITF 2017” turizm sərgisinə həsr edilmiş mətbuat konfransında "Iteca Caspian" şirkətinin icraçı direktoru Fərid Məmmədov deyib.

Bildirilib ki, builki sərgidə 22 ölkəni təmsil edən 272 şirkət iştirak edəcək. Eyni zamanda, ziyarətçilər 90-dan artıq xarici turizm istiqaməti, eləcə də ölkə daxilində istirahət imkanları ilə tanış ola biləcəklər. Sərgidə 17 milli və regionla stend təmsil olunur. Milli stendlər arasında Belarus, Bolqarıstan, Macarıstan, Gürcüstan, Dominikan, Mərakeş, Tailand, Türkiyə və Çexiyanın stendləri eləcə də "Roqaşka Slatina"(Sloveniya) və Stavropol (Rusiya) əyalətini təmsil edən stendlər yer alacaq. Bu il ilk dəfə sərgidə Kolumbiya və Kuba da iştirak edəcək. Regional stendlər arasında Dağıstan (Rusiya) və Odessa (Ukrayna) debüt edəcək.