YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Ölkəmizdə pambıqçılığın inkişafı üçün böyük potensial mövcuddur

«Ölkəmizdə pambıqçılığın inkişafı üçün böyük potensial mövcuddur». Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, pambıqçılığın inkişafı məsələlərinə dair Saatlı rayonunda keçirilmiş respublika müşavirəsində Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr bu sahənin  inkişafına çox böyük təkan verəcək. Onun sözlərinə görə, dövlət başçısı müşavirədə pambıqçılıq sahəsində qazanılan nailiyyətləri təhlil etdi, həm də qarşıda duran vəzifələri müəyyən etdi.

«Azərbaycan iqtisadiyyatında pambıqçılıq mühüm yer tutur. Pambıqçılıq sahəsində məhsuldarlığın artırılmasına diqqət yetirilməli, bu sahə inkişaf etdirilməlidir. Pambıqçılıq iqtisadi sahə olmaqla yanaşı, həm də minlərlə insanın iş yeridir. Pambıq eyni zamanda, ölkəyə valyuta gətirən məhsuldur. Mənim təmsil etdiyim Ağcabədi rayonunda da pambıqçılığın inkişafı üçün geniş imkanlar var. Bu il ötən illərlə müqayisədə rayonda daha çox pambıq əkini nəzərdə tutulur. Bu amil əhalinin məşğuluğunun artırılmasına da əhəmiyyətli təsir göstərəcək»- deyə, T.Rzayev vurğulayıb.