YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın gənc üzvləri Sankt-Peterburqda törədilən terror aktı qurbanlarının xatirəsini yad ediblər

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin bir qrup üzvü Rusiyanın Sankt-Peterburq şəhərində metroda törədilmiş terror hadisəsi ilə əlaqədar bu ölkənin Bakıdakı səfirliyində olublar.

Gənclər terror hadisələri qurbanları üçün ayrılmış xüsusi guşəyə gül dəstələri qoyaraq, onların xatirəsinə ehtiramla yad ediblər.

YAP GB-nin sədri Seymur Orucov qeyd edib ki, milliyyətindən, dinindən, irqindən, cinsindən asılı olmayaraq, terror aktı törədən şəxs hər kəs tərəfindən qınanmalıdır. Terror bütün bəşəriyyətin faciəsidir. Harada, hansı formada törədilməyindən asılı olmayaraq terrora qarşı amansız mübarizə aparılmalıdır. Biz, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi olaraq Rusiyada törədilən bu terror aktını şiddətlə qınayır, terror qurbanlarına, onların ailə üzvlərinə, bütövlükdə Rusiya xalqına dərin hüznlə başsağlığı veririk.

DİGƏR Partiya xəbərləri Arxiv