YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Son vaxtlar qeyri-ənənəvi cərəyanlar din adından istifadə etməklə öz ideologiyalarını yaymağa çalışırlar

Avqustun 6-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Sumqayıtda dini icmaların nümayəndələri ilə görüş keçirib.

Görüşdən əvvəl M.Qurbanlı və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ümummilli lideri Heydər Əliyevin şəhərdəki abidəsini və Sumqayıt Cümə məscidini ziyarət ediblər. Cümə məscidi ilə tanışlıqdan və dindarlarla qısa söhbətdən sonra Tarix Muzeyində keçirilən görüşdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının I müavini, Dini İşlər üzrə Komissiyanın sədri Rövşən Sadıxov, Dövlət Komitəsinin Sədr müavini Gündüz İsmayılov Sumqayıt şəhəri ilə yanaşı, Abşeron və Xızı rayonlarının dini icmalarının nümayəndələri iştirak ediblər.
R.Sadıxov Dövlət Komitəsinin sədri kimi Mübariz Qurbanlının ilk görüşünü məhz Sumqayıtda keçirməsinin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu görüş dini icmaların gələcək fəaliyyəti baxımından böyük önəm kəsb edir.
DQİDK-nın Sumqayıt-Abşeron bölgəsi üzrə şöbə müdiri Azər Abbasov çıxış edərək bölgədəki dini durum, dini icmalar, eləcə də məscid və ziyarətgahlarla bağlı geniş məlumat verib. Qeyd edilib ki, müxtəlif dini konfessiyaların yaşadığı bölgədə icmalar arasında tolerant münasibətlər mövcuddur.
Dövlət Komitəsinin sədri M.Qurbanlı bildirib ki, müstəqilliyimizin bərpasından sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesi sürətlənib. Dövlət Komitəsinin sədri bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib və hazırda prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin inkişafı istiqamətində həyata keçirdiyi işlərdən danışıb.
Son illərdə ölkəmizdə bütün sahələrdə olduğu kimi milli-mənəvi dəyərlərimizə dövlət qayğısının daha da artdığını diqqətə çatdıran natiq, prezident İlham Əliyevin təşəbbüsü ilə əsaslı təmir və bərpa olunan ibadət ocaqlarının, ziyarətgahların sayının günü-gündən çoxaldığını bildirib. DQİDK-nın sədri diqqətə çatdırıb ki, son vaxtlar qeyri-ənənəvi cərəyanlar din adından istifadə etməklə öz ideologiyalarını yaymağa çalışırlar.

DİGƏR Xəbərlər Arxiv