YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

BMT-nin Qlobal Geoməkan Məlumatlarının İdarəolunması üzrə Ekspertlər Komitəsinin Avropa regional bölməsi yaradılacaq

Nyu-Yorkda BMT-nin Qlobal Geoməkan Məlumatlarının İdarəolunması üzrə Ekspertlər Komitəsinin 4-cü iclası davam edir.

İclasla eyni vaxtda bir sıra regional təsisatların da tədbirləri keçirilir. Belə tədbirlərdən biri Ekspert Komitəsinin Avropa regional bölməsinin yaradılması ilə bağlı təşkil olunub.
Avropadan olan üzv ölkələrinin nümayəndələrinin iştirak etdikləri toplantıda BMT-nin Qlobal Geoməkan Məlumatlarının İdarəolunması üzrə Ekspertlər Komitəsinin (UN-GGİM) ilk plenar iclasının keçiriləcəyi yer və zaman, həmçinin iclasa hazırlıq və onun gündəliyi müzakirə edilib. Həmçinin təşkilati məsələlərlə bağlı yaradılmış 3 işçi qrupun hesabatı dinlənilib.
“EuroGeographics”dən fərqli olaraq yeni yaradılacaq qurumda hər bir ölkədən yalnız bir təşkilat olacaq.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.
DTXK Avropada fəaliyyət göstərən müvafiq qurumlarla əməkdaşlığını genişləndirir. Belə ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Avropada milli xəritəçəkmə və kadastr agentliklərinin assosiasiyası olan “EuroGeographics”in fəaliyyət istiqamətinə Azərbaycan Respublikasında yeganə dövlət orqanı kimi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin fəaliyyət istiqaməti uyğun olduğundan, qurum adıçəkilən assosiasiyada ölkəmizi təmsil edir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi “EuroGeographics”in Baş Assambleyalarında, biliklər mübadiləsi şəbəkələrinin iclaslarında yaxından iştirak edir.
BMT-nin Qlobal Geoməkan Məlumatlarının İdarəolunması üzrə Ekspertlər Komitəsi özünün regional bölmələrinin inkişafına xüsusi önəm verir və Avropada da belə bir qurumun yaradılması yaxın günlərdə yekunlaşmalıdır.

DİGƏR Xəbərlər Arxiv