YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycan-Finlandiya Dostluq Cəmiyyəti” bəyanatla çıxış edib

 “Azərbaycan-Finlandiya Dostluq Cəmiyyəti” son günlər Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində vəziyyəti yenidən gərginləşdirməyə, müharibənin alovlanmasına yönələn cəhdlərindən dərin narahatlığını bildirir və dünya ictimaiyyətini baş verənlərə laqeyd qalmamağa çağırır. Bəyanatda deyilir: “Biz təcavüzkar Ermənistan ordusunun diversiya əməliyyatları nəticəsində həyatını itirmiş azərbaycanlı əsgər və dinc sakinlərin ailələrinə, yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, Vətənin igid oğullarının xatirəsinin dünya azərbaycanlılarının qəlbində daim yaşayacağını bildiririk”.

“Azərbaycan-Finlandiya Dostluq Cəmiyyəti” xüsusilə vurğulayır ki, Ermənistan rəhbərliyinin bilavasitə göstərişi ilə həyata keçirilən son hərbi əməliyyatlar regionda sülhə və təhlükəsizliyə ciddi təhdiddir və münaqişənin sülh yolu ilə həllinə olan ümidləri qırır.
Sənəddə daha sonra vurğulanar: “Biz bir daha beynəlxalq təşkilatlara, dünya dövlətlərinə müraciət edərək, bu ədalətsizliyə son qoyulmasını, Ermənistanın təcavüzkarlıq siyasətinin qarşısının alınması üçün işğalçı dövlətə qarşı təzyiqlərin gücləndirilməsini xahiş edirik”.

DİGƏR Xəbərlər Arxiv