YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Muradov: Ermənistana sanksiyaların tətbiqi məsələsi AVRONEST PA-da qaldırılacaq

"Son vaxtlar dünyada terrorizmə  qarşı ciddi mübarizə gedir. Bu hadisələr göstərir ki, beynəlxalq birlik separatizmə, terrorizmə qarşı birgə fəaliyyət göstərir. Hər hansı ölkənin torpağının işğal edilməsi və orada separatizmlə məşğul olması, narkotrafikdən istifadə edilməsinə beynəlxalq ictimaiyyət xüsusi reaksiya verməlidir". Bu fikirləri Milli Məclisin deputatı, AVRONEST PA-nın Enerji təhlükəsizliyi komitəsinin həmsədri Fuad Muradov deyib.

F.Muradov bildirib ki, AVRONEST Parlament Assambleyasının növbəti sessiyasında bu məsələ qaldırılacaq. Onun sözlərinə görə, bu yöndə işlər ardıcıl surətdə davam etdiriləcək.

«AVRONEST Parlament Assambleyasının sentyabrda sessiyası başlayacaq. Bu məsələdə qəti fikrimizi deyəcək və Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinə çalışacağıq. Düzdür, biz sülh istəyirik, amma Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində lazımi addımlar atacağıq. Müharibə və itki olmasını istəməzdik, lakin Ermənistan bu illər ərzində atəşkəsi mütəmadi pozur və mülki insanlar xəsarət alıb, həlak olublar. Bu, beynəlxalq təşkilatların müdafiə etdiyi insan haqlarının pozulmasının bariz nümunəsidir. Ermənistana qarşı ciddi sanksiyaların tətbiq edilməsində NATO, ATƏT, Avropa Şurasında və digər beynəlxalq təşkilatlar qarşısında çıxış etməliyik. Bununla da, Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi gündəmə gələcək»- deyə, F.Muradov qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv