YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Prezident İlham Əliyevin imzaladığı növbəti əfv sərəncamı dövlətimizin humanizm siyasətinin parlaq nümunəsidir

«Prezident İlham Əliyevin imzaladığı növbəti əfv sərəncamı humanizm siyasətinin parlaq nümunəsidir». Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, dövlət başçısı ənənəvi olaraq, bayram günləri, bir sıra əlamətdar tarixlər öncəsi imzaladığı əfv sərəncamları ilə xeyli sayda insanı azadlığa qovuşdurur. Onun sözlərinə görə, bu, Ulu öndər Heydər Əliyevin humanizm siyasətinin davamıdır.

«Ardıcıl olaraq dövlət başçısı tərəfindən əfv sərəncamlarının verilməsi istər humanizm, istər əxlaqi, istərsə də cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyır. Humanist addımlar mahiyyət etibarilə insanlarda yeni hiss və vərdişlərin formalaşmasına, insani dəyərlərin möhkəmlənməsinə təsir göstərir. Yəni, cinayət törədən şəxslərin qanunla müəyyənləşdirilmiş qaydada layiq olduqları cəzanı almaqdan azad edilməsi insana dərin mənəvi keyfiyyətlər aşılamaq gücündədirDövlətin belə məhkumlara etimad göstərərək onları əfv etməsi həmin insanların özlərinə olan inamını artırır, gələcəkdə öz həyatlarını qanunlara hörmət çərçivəsində davam etdirərək, ölkənin layiqli vətəndaşı olmağa həvəsləndirir. Bu, həm də onların cəmiyyət tərəfindən daha tez qəbul olunması və özlərinə layiqli yer tapmasına da şərait yaradır»- deyə, S.Fətəliyeva vurğulayıb.

Millət vəkili qeyd edib ki, dövlətin humanist siyasətini xalq yüksək qiymətləndirir və bu da əhalinin ölkə rəhbərliyinə olan etimadını daha da artırır. Nəticədə, cəmiyyətdə qarşılıqlı hörmət və rəğbət, habelə qanunçuluq prinsiplərinə söykənən vətəndaş-dövlət münasibətləri formalaşır.
«Əfv sərəncamlarının adətən müxtəlif bayramlar öncəsi imzalanması isə cəmiyyətdə xüsusi əhval-ruhiyyə yaradan hadisədir. Çünki bayramları, əlamətdar günləri yaxınları, əzizləri ilə keçirmək hər bir insanın arzusudur. Qarşıdan Novruz bayramının yaxınlaşdığını nəzərə alsaq, əfv olunan vətəndaşların evlərində bayram sevincinin ikiqat hiss olunacağı şübhəsizdir. Beləliklə, ölkə Prezidenti İlham Əliyevin imzaladığı növbəti əfv Sərəncamı dövlətimizin humanizm siyasətinin parlaq nümunəsidir»- deyə, S.Fətəliyeva bildirib.