YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Joao Suareş: Dağlıq Qarabağ münaqişəsinin 20 ildən çox “donmuş” vəziyyətdə qalmasını dünya qəbul edə bilməz

ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareş qoşunların təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində son günlər gərginliyin artmasından dərin narahatlığını ifadə edib və tərəfləri müharibədən çəkinməyə və münaqişənin sülh yolu ilə həll edilməsinə səy göstərməyə çağırıb.

J.Suareş qeyd edib: “Bölgədəki təhlükəsizliyin pozulması və Dağlıq Qarabağda və onun ətraf rayonlarında olan hazırkı gərginlik bir daha göstərir ki, münaqişənin 20 ildən çox “donmuş” vəziyyətdə qalmasını dünya qəbul edə bilməz. Tərəflər xüsusilə mülki vətəndaşlara qarşı təcavüzdən və təxribatdan çəkinməli, məsələnin diplomatik yolla həllinə çalışmalıdırlar”.

O bildirib ki, beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT münaqişənin həlli istiqamətində yeni cəhdlər göstərməli, sülh prosesinə dəstək ola biləcək yeni ideya və mexanizmlər nəzərə almalıdırlar.