YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Əsədov İordaniya Senatının sədri Faisal əl-Fayezin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Martın 16-da Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan İordaniya Senatının sədri Faisal əl-Fayezin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Oqtay Əsədov Azərbaycan ilə İordaniya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Milli Məclisin sədri parlamentlərarası əlaqələrin hazırkı səviyyəsini də yüksək qiymətləndirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Oqtay Əsədov Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini diqqətə çatdırıb. İordaniyanın daim Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini deyən parlamentin sədri bu ölkənin Senatı tərəfindən Xocalı soyqırımı ilə bağlı bəyanatın qəbul edilməsinin bunun bariz nümunəsi olduğunu vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edildiyini bildirən spiker cari ilin mayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları barədə də Senatın sədrinə məlumat verib.

İordaniya Senatının sədri Faisal əl-Fayez Azərbaycana səfərindən məmnunluğunu bildirib. O, Azərbaycan ilə İordaniya arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.