YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İordaniya Senatının sədri: BMT TŞ-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələri icra olunmalıdır

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələr icra olunmalıdır.

Bunu “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan V Qlobal Bakı Forumu çərçivəsində İordaniya Senatının sədri Faisal əl-Fayez deyib.

Senat rəhbəri Qlobal Bakı Forumunun mühüm əhəmiyyətə malik olduğunu bildirib:

"Bu gün dünyada, o cümlədən Yaxın Şərqdə, Suriyada, İraqda bir çox problemlər mövcuddur və bu böhranların həlli yolları tapılmalı və dünya daha gözəl olmalıdır. Bu baxımdan Qlobal Bakı Forumu mühüm əhəmiyyətə malikdir. Bu gün biz burada müxtəlif ölkələrin prezidentlərini dinlədik, onlar mövcud böhranların həlli yolları ilə bağlı fikirlərini söylədilər. Bu problemlər bütün dünyanı narahat edir".

Əl-Fayez qeyd edib ki, Azərbaycan ərazilərinin bir hissəsi işğal edilib və BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələr yerinə yetirilməlidir.