YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan nümayəndə heyəti Qlobal Xəritəçəkmə üzrə Beynəlxalq Rəhbər Komitənin 21-ci iclasında iştirak edir

Nyu Yorkda BMT-nin Qlobal Geoməkan Məlumatlarının İdarəolunması üzrə Ekspertlər Komitəsinin 4-cü iclası keçirilir. İclasda Azərbaycanı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

İclas çərçivəsində bir sıra digər tədbirlər, eləcə də Qlobal Xəritəçəkmə üzrə Beynəlxalq Rəhbər Komitənin 21-ci iclası təşkil olunub. Azərbaycan nümayəndə heyəti tədbirdə müşahidəçi kimi iştirak edib.

Komitənin iclasında Qlobal Xəritəçəkmə informasiyasının yaradılması və istifadəsi üzrə strateji müzakirələr aparılıb. Müzakirələrdə ayrı-ayrı ölkələrin nümunəsi təqdim edilib, beynəlxalq və regional təşkilatların, həmçinin xəritəçəkmə sahəsində nüfuzlu şirkətlərin təqdimatları dinlənilib. Xəritəçəkmənin paradiqmasının dəyişdiyi xüsusi vurğulanıb, müasir dövrdə xəritəçəkmə fəaliyyətinin zirvəsi olan milli məkan məlumatları infrastrukturlarının ümumi xarakteristikaları müzakirə olunub. Qeyd edilib ki, Azərbaycandan Qlobal Xəritədən istifadəçi kimi qeydə alınmış şəxslərin sayı 40-a yaxındır. Azərbaycanın müvafiq məlumatları ötən dövr ərzində 200 dəfədən artıq yüklənərək istifadə olunmuşdur.

Vurğulanıb ki, Qlobal Xəritə bütün yer kürəsinin quru sahəsini 1 kilometr ayırdetmə ilə örtən tematik verilənlər toplusudur. Hər bir tematik lay ictimaiyyət tərəfindən kompyuter vasitəsilə asanlıqla əldə edilə bilən rəqəmsal formatda nəşr olunur. Onun məzmunu adi 1:1000000 miqyasda xəritəyə ekvivalentdir. Müvafiq geoməkan məlumatları yığımları yüksəkliklər, bitki örtüyü, torpaq örtüyü, torpaq istifadəçiliyi, nəqliyyat, drenaj sistemləri, sərhədlər və məskunlaşma mərkəzləri kimi laylardan ibarətdir. Bu məlumatlar təxminən 5 ildən bir yenilənir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi artıq 10 ildən artıq müddətdir ki, bu təşkilatla əməkdaşlıq edir.

2012-ci il oktyabrın 5-də Qlobal Xəritəçəkmə üzrə Beynəlxalq Rəhbər Komitənin rəsmi saytında Azərbaycan Respublikasının Qlobal Xəritəsinin 2-ci versiyası istifadəyə verilib. Bütün istifadəçilərin Azərbaycanın açıq geoməkan məlumatlarından yararlana bilməsi üçün tam şərait yaradılıb. Nəqliyyat, torpaq örtüyü və sosial yönümlü məkansal məlumatları özündə ehtiva edən 5-dən artıq elektron təbəqəli bu qlobal coğrafi informasiya sisteminin bundan sonra da təkmilləşdirilməsi gözlənilir. Azərbaycan, həmçinin təqdim etdiyi məkansal məlumatlardan istifadə dinamikası və məqsədləri barədə müfəssəl statistik məlumatlar da əldə edir.

DİGƏR Xəbərlər Arxiv